Rusiya ərazisində neft bazasına zərbələr endirilib

Dünya

01.04.2022 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Şəhər administrasiyası neft anbarının yaxınlığındakı evlərin sakinlərinin təxliyəsinə başlayıb

Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarında 2000 kubmetr həcmə malik 8 yanacaq çəni yanır.

AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının bütün yanacaq çənlərinə yayılması təhlükəsi var.

Məlumata görə, ərazidə ümumilikdə 27 yanacaq çəni var və onlardan 14-nün tutumu 2000 kubmetrdir. Əraziyə 200-dən yanğınsöndürənin cəlb edildiyi bildirilib. Şəhər administrasiyası neft anbarının yaxınlığındakı evlərin sakinlərinin təxliyəsinə başlayıb.

Belqorod meri Anton İvanov insident nəticəsində xəsarət alan olmadığını bildiib.

Qeyd edək ki, Rusiya mənbələri bu gün Ukraynaya məxsus iki helikopterin Belqorodda yerləşən neft anbarını bombalaması barəsində məlumat yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş