Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxdığını elan etdi - BƏYANAT

Dünya

17.05.2022 - 17:42

XİN: Bu qərar Rusiyanın bölgədəki mövcudluğuna təsir etməyəcək

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından (CBSS) çıxmaqla bağlı rəsmi qərar qəbul edib. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "düşməncəsinə hərəkətlərə" cavab olaraq Şuraya üzv ölkələrin nazirlərinə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrelə, eləcə də Şuranın Stokholmdakı katibliyinə təşkilatdan çıxmaq barədə bildiriş göndərib: "Eyni zamanda, Rusiya Federasiyasının Federal Məclisi Baltik Dənizi Parlament Konfransından çıxmaq barədə qərar qəbul edib”.
 
"Bu qərar Rusiyanın bölgədəki mövcudluğuna təsir etməyəcək. Rusiyanı Baltikyanıdan sıxışdırıb çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz məsul tərəfdaşlarla işi davam etdirəcəyik, Baltikyanı regionun inkişafının əsas məsələləri - ümumi irsimiz üzrə tədbirlər keçirəcək, həmvətənlərin maraqlarını qoruyacağıq", - XİN-in bəyanatında vurğulanıb.
 
Bəyanatda daha sonra qeyd edilir: "Qərb ölkələri Şuranı öz fürsətçi məqsədləri üçün inhisara alıb və russofobiya və yalanlarla getdikcə daha çox batan Şurada normal işin bərpası perspektivləri bu şərtlər daxilində görünmür. Biz ölkəmizin bu təşkilatda mövcudluğunu davam etdirməsini məqsədəuyğun və əks-məhsuldar hesab edirik. Rusiya təxribatçı fəaliyyətlər və Qərb narsizmi üçün başqa platformaya çevirməkdə iştirak etməyəcək".

Müəllif: Ayna.az