“Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yardım edəcək”

Xəbərlər

29.03.2022 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova: “Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına aktiv yardım edəcək.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu günü keçirdiyi brifinqdə bildirib.

O, Moskva Bakı və İrəvanla daim təmasda olduğunu xatırladıb.

Azərbaycanın Qarabağ regionunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan hissəsindəki vəziyyətə toxunan M.Zaxarova ölkəsinin tərəfləri üçtərəfli razılaşmalara ciddi əməl etməyə çağırdığını söyləyib: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı vəziyyətin gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş