Rusiya aviaşirkətləri beynəlxalq reysləri həyata keçirir

Dünya

17.03.2022 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

20 ölkənin 29 aviaşirkəti Rusiyaya uçuşlar həyata keçirir

Rusiya aviaşirkətləri beynəlxalq reysləri həyata keçirir. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ölkənin altı aviaşirkəti Azərbaycan, Türkiyə, Ermənistan, Belarus, Qırğızıstan, BƏƏ, Tacikistan və Özbəkistana, ümumilikdə həftədə 250 reys olmaqla, uçuşları davam etdirir. Eyni zamanda, 20 ölkənin 29 aviaşirkəti Rusiyaya uçuşlar həyata keçirir.

Uçuşlar Rusiya istehsalı olan 147 “SSJ100” təyyarələri, eləcə də həbs qoyulmaq təhlükəsi olmayan təyyarələrlə yerinə yetirilir.

Xatırladaq ki, Ukraynada vəziyyətə görə sanksiyalarla əlaqədar Rusiya Hava Nəqliyyatı Agentliyi martın 6-dan xarici reyestrlərdə olan təyyarələrin beynəlxalq uçuşlar yerinə yetirməsinə qadağa qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş