Rusiya ABŞ-a nota verib

Dünya

25.04.2022 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqtondan Kiyevə çoxlu sayda silah tədarükü ediləcək

Rusiya ABŞ-a müharibə əməliyyatları gedişatında Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edən nota göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov danışıb.

Antonovun sözlərinə görə, Vaşinqtondan Kiyevə çoxlu sayda silah tədarükü ediləcək ki, bu da məsələnin diplomatik həllinin tapılmasına və bu yöndə vəziyyətin nizamlanmasına heç də öz töhfəsini verməyəcək.

“Biz nota vermişikmi? Bəli. Bu notada ABŞ-ın Ukraynanı silahla təmin etməsini qəbuledilməz hal kimi vurğuladıq və bu təcrübəyə son qoyulmasını tələb etdik”, - deyə Antonov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş