Rus sülhməramlılarının Qarabağda bir neçə məntəqəsi sökülüb - VİDEO

Xəbərlər

06.10.2023 - 16:45

Rusiya Müdafiə Nazirliyi: sülhməramlıların Qarabağdakı bir neçə məntəqəsinin sökülməsi başa çatıb

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin bir neçə məntəqəsi sökülüb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlılarının Qarabağdakı bir neçə məntəqəsinin sökülməsi başa çatıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı və bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Ərazidəki Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri və separatçıların qanunsuz silahlıları tərk-silah ediliblər.

Müəllif: Ayna.az