“Rus hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”

Dünya

27.03.2022 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

Yanacağın spirtli içkilərə dəyişdirilməsi ilə bağlı çoxsaylı faktlar olduğu deyilir

Rusiya hərbçiləri Belarus ərazisində olarkən yanacaq və ərzaq məhsulları satır və ya alkoqolla dəyişdirirlər. AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya hərbi karvanlarının Belarus ərazisindən hərəkət marşrutları boyunca hərbi qulluqçular tərəfindən yanacaq və ləvazimatların satışı və ya onların spirtli içkilərə dəyişdirilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının mənəvi-psixoloji durumunu aşağı qiymətləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş