Rumıniyanın baş naziri istefa verib

Dünya

08.12.2020 - 02:57

Baş nazir: "Mən bu gün istefa qərarı verdim"

 

Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərliyində təmsil olunduğu Milli Liberal Partiyanın parlament seçkilərində uduzmasından sonra istefaya getdiyini elan edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.

 

"Mən bu gün istefa qərarı verdim", - baş nazir deyib.

 

Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.

Müəllif: Ayna.az