Rumıniyadakı Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq

Xəbərlər

27.02.2022 - 18:49

cedabet dərman SEO Xidməti

Çarter reysi ilə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.

"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) AYNA-ya verilən məlumata görə, həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

Eyni zamanda, Türkiyənin "Tailwind" aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş