Rumıniyada prezident seçkiləri keçirilir

Dünya

04.05.2025 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

19 minə yaxın seçki məntəqəsi açılıb

Rumıniyada təkrar prezident seçkiləri başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, 19 minə yaxın seçki məntəqəsi açılıb.

Yenidən səsvermə Konstitusiya Məhkəməsinin keçən il dekabrın əvvəlində müstəqil namizəd Kalin Georgescu və Rumınların Qurtuluşu Uğrunda Liberal Tərəqqi Birliyinin rəhbəri Elena Laskoninin irəlidə olduğu seçkilərin birinci turunun nəticələrini ləğv etməsindən sonra təyin edilib. Seçkilərin ləğv edilməsinə səbəb seçkilər zamanı pozuntularla bağlı məlumatların ortaya çıxması olub. Bu məsələyə baxılan iclas beş saat davam edib.

Seçkilərdə iştirak etmək üçün həm siyasi partiyaların nümayəndələri, həm də müstəqil namizədlər daxil olmaqla 11 namizəd qeydə alınıb. Prezident postuna namizədlər arasında “Rumıniya İrəli” Alyansından Corc Antonesku, Rumınların Xilasetmə İttifaqından Yelena Laskoni, Silviu Predoyu (Milli Fəaliyyət Liqası), Corc Simion (Rumınların Birliyi Uğrunda Alyans) və başqaları var. Namizəd qalib gəlmək üçün səslərin 51 faiz səs toplamalıdır. Birinci turda qalib müəyyənləşməsə, ikinci tur mayın 18-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş