ABŞ dövlət katibi gələn həftə səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio mayın 14-16-da Türkiyəyə səfər edəcək. AYNA.AZ xəbər verir ki, dövlət katibi Antalya şəhərində keçiriləcək NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri toplantısına qatılacaq.
Görüşdə Alyans üçün təhlükəsizlik prioritetləri, müdafiə xərcləri və Rusiya-Ukrayna münaqişəsi müzakirə ediləcək. Dövlət katibi NATO-nun daha güclü və effektli olmasını təmin etmək üçün Prezident Trampın gündəliyini irəli sürəcək. Rubio qitəyə səfərini Prezident Donald Trampı mayın 11-14-də Səudiyyə Ərəbistanı və Qətərdə müşayiət etməklə başlayacaq.