Rubio: “Tramp Ukraynada münaqişənin mümkün qədər tez bitməsini istəyir”

Dünya

15.05.2025 - 16:01

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ Prezidenti Ukraynada sülhə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır”

“ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Türkiyədə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"ABŞ Prezidentinin mövqeyi aydındır: o bunun nəhayət başa çatmasını istəyir. O Ukraynada sülhə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır. Biz irəliləyiş görmək istəyirik. Hansı mexanizm ortaya çıxsa və ya hansı proses baş versə də, biz münaqişəyə son qoymaq üçün konstruktiv dialoqa açığıq", - Rubio bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş