Rubio “Politico”nun iddiasını təkzib edib

Dünya

24.04.2025 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Ağ Ev "Şimal axını 2" ilə bağlı sanksiyaları ləğv etməyəcək

“Politico”nun Ağ Evin Rusiyanın “Şimal axını 2” (NS2) qaz kəməri ilə bağlı sanksiyaların ləğvi üçün danışıqlar aparması ilə bağlı iddiası yalandır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

"Bu, qətiyyən doğru deyil. Nə “Şimal axını 2”, nə də Ukrayna ilə razılaşmanın bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün heç bir danışıqlar aparılmayıb", - dövlət katibi “X” sosial şəbəkə hesabında yazıb.

Dövlət katibi əlavə edib ki, əgər “Politico”da zərrə qədər dürüstlük varsa, xəbəri təkzib etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş