İsrail Müdafiə Qüvvələri Qərb Şəriyəsində 70 fələstinlini saxlayıb

Dünya

26.07.2026 - 12:54

Saxlanılanlar terrorçuluqda şübhəli bilinirlər

İsrail təhlükəsizlik qüvvələri 25 iyul gecəsi Qərb Şəriyəsinin müxtəlif ərazilərində keçirilən reydlər zamanı terror fəaliyyətinə görə axtarışda olan 70 fələstinlini saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) ofisindən bildirilib.

"Gecə və bu səhər Sərhəd Polisi və İsrail Müdafiə Qüvvələri (İMQ) Yəhudeya və Samariyada geniş antiterror reydləri keçirərək 70-dən çox axtarışda olan şübhəlini saxlayıb. Bütün şübhəlilər əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib", - deyə qeyd olunub.

İMQ-nin ofisindən əlavə olunub ki, təhlükəsizlik qüvvələri reydlər zamanı təxminən 200 şübhəlini dindirib və 300 yerdə axtarış aparıb.

Hərbçilər qeyd ediblər ki, saxlanılanlardan bəziləri radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş