20 min hektar ərazini əhatə edə biləcək yanğınlar hələ də söndürülməyib
İspaniyanın Madrid, Kastiliya və Leon muxtar icmasının tərkibindəki Avila əyalətində baş verən meşə yanğınları səbəbindən 40 mindən çox insan təxliyə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
Bildirilib ki, təxminən 20 min nəfərə evlərində qalmaları əmr edilib. Bir sıra yollar bağlanıb. Təxminən 20 min hektar ərazini əhatə edə biləcək yanğınlar hələ də söndürülməyib.
İspaniya hökumətinin Madriddəki nümayəndəliyinin məlumatına görə, bölgədəki yanğınların intensivliyi gecə ərzində xeyli azalıb. Dəyişən hava şəraiti, xüsusən də artan rütubət və aşağı temperatur yanğının söndürülməsinə imkan verib. Lakin yerli vaxtla səhər saat 10:00-dan sonra külək yenidən yanğını gücləndirib.
İspaniya Baş naziri Pedro Sançezin bu gün axşam saatlarında fəlakət bölgəsinə səfər edəcəyi gözlənilir.
Daha əvvəl hakimiyyət orqanları Madrid muxtar icmasında və Avila əyalətində fövqəladə vəziyyət elan etmişdi.