“Xərclər ÜDM-in 5 faizinə çatdırılacaq”
NATO-nun bütün üzv ölkələri iyun ayında keçiriləcək NATO Sammitində qarşıdakı onillikdə müdafiəyə ÜDM-in 5-i faizi dəyərində vəsait xərcləmək barədə razılaşacaq. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.
“Altı həftə sonra sammit keçiriləcək. Bu sammitdə NATO-nun demək olar ki, hər bir üzvünün müdafiə xərcləri 2 faiz və ya ondan yuxarı olacaq, lakin daha önəmlisi, onların əksəriyyətinin xərci 4 faizdən artıq olacaq. Hər ölkə növbəti onillikdə bu rəqəmi 5 faizə çatdırmaq barədə razılaşacaq", - deyə Rubio bildirib.