“Bu, görüşlə bağlı deyil, onun cədvəlindəki logistik məsələlərlə əlaqədardır”
ABŞ dövlət katibi Marko Rubio Ukrayna böhranı ilə bağlı Londonda keçiriləcək danışıqlarda iştirak etməyəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
Bildirib ki, Prezident Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq iştirak edəcək: “Danışıqlar əvvəlcədən planlaşdırıldığı kimi baş tutacaq, lakin Marko Rubio iştirak etməyəcək. Bu, görüşlə bağlı deyil, onun cədvəlindəki logistik məsələlərlə əlaqədardır”.