Rubio: “İrana qarşı sanksiyalar tamamilə ləğv edilməyəcək”

Dünya

04.06.2026 - 12:54

“ABŞ yalnız bəzi sanksiyaları ləğv etməyə və ya yumşaltmağa hazırdır”

“İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etsə və uran zənginləşdirmə proqramını dayandırsa belə, ABŞ yalnız bəzi sanksiyaları ləğv etməyə və ya yumşaltmağa hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Büdcə Komitəsinin dinləməsində deyib.

Onun sözlərinə görə, Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını və məhdudiyyətləri ləğv etməyə hazır olmalıdır, Tehran isə yüksək dərəcədə zənginləşdirilmiş uranın utilizasiyası və nüvə yanacağının zənginləşdirilməsinə məhdudiyyətlər barədə razılaşmanı müzakirə etmək üçün danışıqlar masasına qayıtmalıdır.

Rubio vurğulayıb ki, “bunun müqabilində İran bəzi sanksiyaların ləğvinə və ya yumşaldılmasına nail ola bilər, lakin sanksiya rejiminin tamamilə ləğvi olmayacaq”.

ABŞ dövlət katibi həmçinin qeyd edib ki, istənilən razılaşmanın əsas şərti götürülmüş öhdəliklərə əməl olunmasını izləmək üçün yoxlama mexanizmlərinin mövcudluğudur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş