Rubio: "Türkiyədə keçiriləcək NATO sammiti ən vacib görüş olacaq"

Dünya

04.06.2026 - 10:58

“Çünki aydınlaşdırılmalı və həll edilməli məsələlər var”

Türkiyədə keçiriləcək Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) zirvə görüşü Vaşinqtonun ona qarşı iddialarına görə Alyansın tarixində ən vacib sammit olacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

"Düşünürəm ki, iyul ayında Türkiyədə keçiriləcək növbəti NATO görüşü, çox güman ki, NATO tarixində ən vacib görüş olacaq. Çünki aydınlaşdırılmalı və həll edilməli məsələlər var", - deyə o ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində bildirib.

"Biz hələ də NATO-dayıq. Lakin NATO-nun əhəmiyyətli dəyişikliklərə ehtiyacı var. Və ABŞ Prezidenti Donald Tramp NATO-dan çox məyus olduğunu açıq şəkildə bildirib", - Amerika diplomatiyasının rəhbəri əlavə edib.

O həmçinin vurğulayıb ki, ABŞ-ın NATO müttəfiqlərinin Avropadakı hərbi bazalarına çıxışı məsələsi "Türkiyədə keçiriləcək görüşdə", yəni 7-8 iyul tarixlərində Ankarada keçiriləcək qarşıdan gələn sammitdə "əsas mövzu olacaq".

Qeyd edək ki, Vaşinqton ABŞ-İsrail müharibəsi zamanı bir neçə Avropa NATO müttəfiqinin hərəkətlərini sərt tənqid edib. Bu müttəfiqlər ABŞ hərbi bazalarına girişi məhdudlaşdırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş