Atəşkəs “Hizbullah” döyüşçülərinin Livanın cənub sektorundan təxliyəsindən asılıdır
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan atəşkəs barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamenti münaqişə tərəflərinin birgə bəyanatının mətnini dərc edib.
Sənəddə bildirilib ki, ölkələrin nümayəndələrinin üçtərəfli görüşü 2 və 3 iyun tarixlərində baş tutub.
Bəyanatda deyilir: "Atəşkəs “Hizbullah”ın tam atəşkəsdən və bütün “Hizbullah” döyüşçülərinin Livanın cənub sektorundan təxliyəsindən asılıdır".
Sənədə əsasən, İsrail və Livanın bir-birinə qarşı heç bir düşmənçilik niyyəti yoxdur və hərtərəfli sülh və təhlükəsizlik sazişi üzərində işləmək niyyətindədirlər. Ölkələr bu məsələ ilə bağlı 22 iyundan sonrakı həftə üçün danışıqlar planlaşdırıblar.
Açıqlamada deyilir: "Livan ABŞ-ın dəstəyi ilə ölkənin bütün ərazisi üzərində effektiv nəzarət yaratmaq üçün Livan Silahlı Qüvvələrinin potensialını artırmağı öhdəsinə götürüb".
Sənədin mətnində İsrailin təhlükəsizliyinin yalnız “Hizbullah”ı tərksilah etməklə və Livan boyunca infrastrukturunu dağıtmaqla əldə edilə biləcəyi vurğulanır.