“Bizim ABŞ-a qarşı siyasətimiz ardıcıldır”
Çin ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra ABŞ-la münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmaqda davam etmək niyyətindədir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq çıxış edib.
“Bizim ABŞ-a qarşı siyasətimiz ardıcıldır və biz Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında nəzərdən keçirməyə və idarə etməyə davam edəcəyik", - XİN rəsmisi vurğulayıb.
Mao Ninqin sözlərinə görə, rəsmi Pekin ABŞ xalqının seçiminə hörmətlə yanaşır.