Rəsmi Kiyevdən muzdlulara çağırış: “Pula görə dəyməz”

Dünya

14.03.2022 - 09:42

Həkimlər Klinikalar SEO Xidməti

“Həyatda qalsanız belə, müharibə cinayətkarı olacaqsınız”

Ukraynanın xarici işlər naziri Dmirti Kuleba Rusiya ordusuna qoşulmağa hazırlaşan muzdlulara çağırış edib. AYNA xarici mediaya istinadən bildirir ki, nazir bu barədə özünün “Twitter” hesabında yazıb.

“Etməyin, beynəlxalq məhkəmələrdə davalar açdıq. Həyatda qalsanız belə, müharibə cinayətkarı olacaqsınız. Pula və başqa bir şeyə görə dəyməz”.

Qeyd edək ki, Rusiya Suriya və Liviyada muzdluların toplanılması üçün mərkəzlər açıb. Təkcə Suriyada 14 belə mərkəz fəaliyyətə başlayıb. Burada muzdlular qısa müddət ərzində təlim keçdikdən sonra Xmeymim aviabazasından Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş