Rəsmi Berlin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını mümkün sayır

Dünya

28.03.2024 - 13:40

Olaf Şolts: “Bir şeyi açıq deyim: sülh istənilən vaxt mümkündür”

“Hazırda bir sıra ölkələr, o cümlədən Ukrayna təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində sülh prosesinə gətirib çıxaracaq məsələlər müzakirə olunur”. AYNA xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts “Märkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Kanslerin sözlərinə görə, Ukrayna ilə bağlı sülh danışıqları mümkündür: “Bir şeyi açıq deyim: sülh istənilən vaxt mümkündür”.

Qeyd edək ki, daha əvvəl “Politico” nəşri yazıb ki, Şolts öz siyasəti ilə Ukraynanı Rusiya ilə sülh danışıqlarına keçməyə məcbur etmək istəyir. Nəşrin müəlliflərinin fikrincə, Almaniya Ukraynanı dəstəkləmək üçün daha çox şey edə bilər, çünki onun maliyyə imkanları var, lakin kansler Şolts bunu bilərəkdən etmir.

Müəllif: Ayna.az