Rəsmi Bakıdan Paşinyana CAVAB

Xəbərlər

28.06.2023 - 17:39

cedabet dərman SEO Xidməti

“Regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib. AYNA xəbər verir ki, bu barədə Ayxan Hacızadə “Twitter” hesabında paylaşım edib.

Nazirlik rəsmisi bu iddiaları beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq cəhdi kimi qiymətləndirib.   

“Cənab baş nazir növbəti dəfə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır. Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hərəkətlərlə bağlı cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan hərbçisi yaralanıb. Regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir”, - deyə Hacızadə vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri beynəlxalq ictimaiyyəti Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırıb. Eyni zamanda Laçın yolunun qeyri-qanuni olaraq bağlandığını, həmçinin ötən gecə Azərbaycanın hücumu nəticəsində dörd hərbçinin öldüyünü və Cənubi Qafqazda sabitliyin pozulması riskinin yüksək olduğunu iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş