“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”
“Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil”. AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın bəyanatında əksini tapıb.
“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, - deyə nazirlik rəsmisi əlavə edib.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi münasibət bildirib. Bağçi sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Arindam Bağçi qeyd edib ki, münaqişə hərbi yolla həll edilə bilməz.