Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə işləyəcək

Xəbərlər

19.03.2024 - 14:13

Mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. AYNA xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Qeyd edilib ki, bayramda əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Müəllif: Ayna.az