Rəisi nazirə və qubernatora ciddi tapşırıq verib

Dünya

14.08.2023 - 09:54

cedabet dərman SEO Xidməti

İran Prezidenti məsciddə törədilən terror aktında iştirak edənlərin tapılaraq cəzalandırılmasını tələb edib

İran Prezidenti İbrahim Rəisi ölkənin daxili işlər naziri Əhməd Vahidi, eləcə də Fars vilayətinin qubernatoru Məhəmməd-Hadi İmaniyyə ilə telefon danışığı aparıb. Rəisi Şah Çərəx məscidində törədilən terror aktında iştirak edənlərin hamısının tapılıb cəzalandırılması barədə göstəriş verib. AYNA xəbər verir ki, bu barədə İRNA agentliyi yazıb.

“Prezident ziyarətgahda törədilən terror aktından sonra məsciddə təhlükəsizlik məsələlərinin təcili araşdırılmasını, həmçinin hücumda iştirak edən bütün şəxslərin müəyyən edilərək cəzalandırılmasını əmr edib”, - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, dövlət başçısı yaralılara lazımi yardımın göstərilməsi üçün bütün imkanlardan istifadə olunmasını tapşırıb.

Qeyd edək ki, İranın Şiraz şəhərində iki terrorçunun məscidə hücum etdiyi bildirilib. “Əl-Cəzirə”nin məlumatına görə, hücum edənlərin hər ikisi xarici ölkə vətəndaşı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş