Müdafiəçinin sözləşməsi 2028-ci ilin yayınadək uzadılacaq
İspaniya "Real Madrid"i futbolçusu Eder Militau ilə yeni müqavilə imzalayacaq. AYNA-nın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.
O, tərəflər arasında ilkin razılığın əldə olunduğunu və braziliyalı müdafiəçinin sözləşməsinin 2028-ci ilin yayınadək uzadılacağını açıqlayıb.
Qeyd edək ki, 24 yaşlı arxa xətt oyunçusu ötən mövsüm "kral klubu"nda ümumilikdə 50 görüş keçirib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.