Ramzan Kadırov: “Peski kəndi artıq bizdədir”

Dünya

21.08.2022 - 18:40

Həkimlər Klinikalar SEO Xidməti

Çeçenistan rəhbəri Donetsk yaxınlığındakı qəsəbənin işğal edildiyini açıqlayıb

Donetskin Peski kəndi Rusiya qüvvələri tərəfindən işğal edilib. AYNA xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

“Donetsk yaxınlığında yerləşən Peski kəndi orada yerləşən Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən azad edilib. Peski kəndi artıq bizdədir”, - deyə Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, Ukrayna hərbçiləri “sursatlarını ataraq” tələsik kəndi tərk ediblər.

Kadırov hazırda yaşayış məntəqəsindəki anbarlarda axtarış aparıldığını deyib: “Minaların təmizlənməsi vaxt aparacaq. Ukrayna birləşmələri qəsdən dinc əhalinin əziyyət çəkməsi üçün “sürprizlər” yerləşdirib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş