Prokurorluq hadisə ilə bağlı araşdırmalara başladı
Avqustun 30-u saat 10:00 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.
AYNA xəbər verir ki, bu barədə Qubadlı Rayon Prokurorluğunun məlumatında deyilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.