Bir tapança, 45 müxtəlif çaplı güllə aşkar edərək götürülüb
Qubada silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.