Qubada qanunsuz tikintinin qarşısı alınıb

Xəbərlər

29.06.2024 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

Fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, Quba şəhərinin Gənclər küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Müəllif: Ayna.az