Qubada kömür quyuları ləğv edilib

Xəbərlər

02.08.2023 - 14:50

cedabet dərman SEO Xidməti

Qanunsuz fəaliyyətin qarşısı alınıb

Qubada qanunsuz kömür quyuları aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayonun Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş