Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub

Xəbərlər

05.09.2023 - 11:29

cedabet dərman SEO Xidməti

“Qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlarımıza da tətbiq olunub”

Həbsdə olan professor, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. AYNA xəbər verir ki, bu barədə Q.İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

“Qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlarımıza da tətbiq olunub. Qanunvericiliyə görə ölkədən çıxış qadağası məhkəmə qərarı ilə həyata keçirilə və yalnız adı cinayət işində təqsirləndirilən şəxs qismində keçənlərə qoyula bilər. Halbuki, Qubad müəllimə qarşı qurama cinayət işində hansısa qardaşının və ya qohumunun adı heç şahid qismində də keçmir”, - deyə Toğrul vurğulayıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş