Qoydanda torpaq sürüşməsi: təhlükə altında olan evlərin sakinləri köçürülür

Xəbərlər

30.06.2024 - 00:49

Həkimlər Klinikalar SEO Xidməti

FHN-in qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib. AYNA ZƏRTAC xəbər veirr ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən  (FHN) bildirilib.

Qeyd edilib ki, həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Müəllif: Ayna.az