“Rusiya ötən il oktyabrın 7-də Fələstin HƏMAS silahlılarının İsrailə hücumunu da pisləyib”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qolan təpələrində kəndin atəşə tutulmasına münasibət bildirib.
AYNA TASS-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Moskva istənilən terror aktını pisləyir.
Lavrov xatırladıb ki, Rusiya ötən il oktyabrın 7-də Fələstin HƏMAS silahlılarının İsrailə hücumunu da pisləyib.
Bununla belə, onun sözlərinə görə, “İsrailin cavab tədbirləri qəbuledilməzdir, çünki onlar beynəlxalq humanitar hüququ pozur və xalqın kollektiv cəzasını təşkil edir”.
Qeyd edək ki, iyulun 27-də Qolan təpələrindəki Məcdəl Şəms kəndi atəşə tutulub. İsrail Müdafiə Qüvvələri (IDF) hücuma görə Livanın şiə hərəkatı Hizbullahı günahlandırıb.
Baş verənləri şərh edən İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, yəhudi dövləti Livan və Hizbullahla genişmiqyaslı müharibəyə ciddi şəkildə yaxınlaşır. Eyni zamanda, Livan qrupu İsrailin zərbə ilə bağlı ittihamlarını rədd edib.