Sergey Markov: “Bədbəxt Aleksandr Duqin. Hazırda xəstəxanadadır”
Rusiyalı politoloq, filosof və ictimai xadim Aleksandr Duqin qızı Daryanın partlayış nəticəsində ölümündən sonra xəstəxanaya yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə politoloq Sergey Markov “Telegram” kanalında məlumat verib.
“Bədbəxt Aleksandr Duqin. Hazırda xəstəxanadadır”, - deyə o yazıb.
Markov qızının vəfatı ilə bağlı həmkarına başsağlığı verib.
Qeyd edək ki, Darya Duqina avqustun 20-də axşam saatlarında Moskva vilayətində idarə etdiyi avtomobilinin partlaması nəticəsində ölüb.