Qırqovul ovlayan şəxs saxlanılıb

Xəbərlər

18.11.2021 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxsdən ovladığı qırqovul və “BUM” markalı ov tüfəngi götürülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aydınqışlaq kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxsin rayonun Zarağan kənd sakini Şakir Hacıyev olduğu müəyyən edilib və o, polis şöbəsinə gətirilib. Həmin şəxsdən ovladığı qırqovul və “BUM” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş