Sərhəddə bir neçə istiqamətdə atəş açılıb
Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.
AYNA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi məlumat verib.
Bildirilib ki, Tacikistan sərhədçiləri bir neçə istiqamətdə qırğız sərhədçilərinə atəş açıblar. Sərhəddə vəziyyət gərgindir.