Tacikistan tərəfi sərhəd xəttinə ağır hərbi texnika cəlb edib
Qırğızıstan və Tacikistan sərhədində atışma olub. AYNA xarici mediaya istinadən bildirir ki, Tacikistan hərbçiləri minaatanlardan istifadə ediblər.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildirilib ki, tacik hərbçilər qeyri-qanuni olaraq şərti sərhəd xəttini keçərək Qırğızıstanın Batken rayonunun Bulakbaşı ərazisinə daxil olublar: "Qırğız hərbçilərin onlardan ərazini tərk etmək tələblərinə isə qarşı tərəf məhəl qoymayıb və atəş açılıb. Nəticədə atışma başlayıb. İlkin məlumata görə, Qırğızıstan tərəfdən ölən və ya xəsarət alan yoxdur".
Bildirilir ki, tərəflər arasında telefon danışığı aparılıb, lakin əldə olunan razılaşmalara baxmayaraq, atışma davam edib.
Məlumatlarda o da bildirilir ki, Tacikistan tərəfi sərhəd xəttinə ağır hərbi texnika cəlb edib.