Qırğızıstan qarşıdurma yaşanan bölgəyə xüsusi status verəcək

Dünya

04.05.2021 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Batken sakinlərinin qarşıdurma zamanı dağılmış evləri dövlət hesabına bərpa ediləcək

 

“Yaxın gələcəkdə Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək”. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı bildirib.

 

Baş nazir qeyd edib ki, müvafiq qərarı imzalayıb və Parlamentə baxılması üçün göndərib: “Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”.

 

Bununla yanaşı, Maripov bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş