QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq

Xəbərlər

11.12.2024 - 00:21

Həkimlər Klinikalar SEO Xidməti

İştirak qeydiyyat vasitəsilə mümkündür

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabrda Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, “Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.

İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr saat 23.59-a qədər aktiv olacaq. Qeydiyyat üçün bu linkə daxil olmaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş