Yabanı halda bitən külli miqdarda narkotik bitkisi zərərsizləşdirilib
Ağdamın işğaldan azad olunmuş Qərvənd kəndində yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 hektar sahədə bitmiş 1 ton 3 kiloqram (1503 ədəd) çətənə kolu toplanaraq məhv edilib.