Zarağan kəndi ərazisində yol kənarında özbaşına qeyri-yaşayış obyektinin tikildiyi aşkarlanıb
Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Qəbələ ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AYNA-ya bildirilib ki, növbəti monitorinq zamanı rayonun Zarağan kəndi ərazisində magistral yol kənarında özbaşına qeyri-yaşayış obyektinin tikildiyi aşkarlanıb. Söküntü işləri aparılaraq ərazi boşaldılıb.