Qəbələdə evdə yanğın olub

Hadisə

24.03.2024 - 18:05

Bitişik ev və talvar yanğından mühafizə olunub

Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az