Qazaxıstanda təyyarə qəzası: <font color=red> həlak olanlar var</font>

Dünya

13.03.2021 - 17:13

Göyərtədə olan 6 nəfərdən 4-ü ölüb, 2 nəfər yaralanıb

 

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə aid olduğu ehtimal edilən An-26 təyyarəsi qəzaya uğrayıb.

 

AYNA “Ria Novosti”yə istinadən xəbər verir ki, Nur-Sultan-Almatı istiqamətində uçan təyyarə uçuş-eniş zolağına yaxınlaşarkən düşüb. Göyərtədə olan 6 nəfərdən 4-ü ölüb, 2 nəfər yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az