Qazaxıstan Prezidenti peyvənd olunub

Dünya

06.04.2021 - 16:42

Tokayevə “Sputnik V” vaksini vurulub

 

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev koronavirusa qarşı peyvənd olunub. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali “Facebook” səhifəsində yazıb.

 

Tokayevə Rusiya istehsalı olan “Sputnik V” vaksini vurulub. Mətbuat katibi qeyd edib ki, Tokayevin peyvənddən sonra vəziyyəti yaxşıdır: “Prezident heç bir yan təsir hiss etmədi. Ölkə başçısı əmindir ki, Qazaxıstan vətəndaşlarının peyvəndlənməsi və kütləvi immunitetin formalaşması nəticəsində koronavirusu məğlub etmək mümkündür”.

 

Prezident ölkənin bütün vətəndaşlarını ən qısa müddətdə koronavirusa qarşı vaksinasiyadan keçməyə çağırış edib.

Müəllif: Ayna.az