Qazaxıstan Bakı limanı ilə neft ixracını 6 dəfə artırıb

Xəbərlər

11.12.2023 - 16:27

“Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 824 min ton neft yola salınıb

Yanvar-noyabr aylarında Qazaxıstanın Aktau limanından Bakıya 1,238 milyon ton qazax nefti tədarük edilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

AYNA xəbər verir ki, Qazaxıstanın magistral neft kəməri üzrə “KazTransOil” milli operatoruna istinadla xəbər verir ki, 2023-cü ilin 11 ayı ərzində Aktau limanından qazax neftinin ixracı 3 milyon 62 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 faiz çoxdur.

Şirkətin məlumatında bildirilir: “Qazaxıstan neftinin Aktau limanından ixracı üzrə nəqliyyat xərclərinin həcminin artırılması xammalın həcminin çoxalması ilə əlaqədardır. Bakı limanı istiqamətində boşaldılan yüklərin həcmi 205 min tondan 1 milyon 238 min tona çatıb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə altı dəfə çoxdur. Bundan başqa, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 824 min ton neft yola salınıb”.

Müəllif: Ayna.az