Qazaxda 4 nəfər dəm qazından zəhərlənib

Xəbərlər

05.02.2022 - 03:39

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir

Qazax rayonunda 4 nəfər zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə İkinci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Məmmədov Şöhrət Kamil oğlu, 2003-cü il təvəllüdlü Hacıyeva Rəvanə Elnur qızı, 1975-ci il təvəllüdlü Kərimova Rühəngiz Alı qızı, 1996-cı il təvəllüdlü Məmmədov Ülfət Şöhrət oğlu dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş