Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb
Qazaxda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.